...

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

Dünya xəbərləri Materials 12 Aprel 2017 10:10 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların müddətini uzadıb.
Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların müddətini uzadıb.

Trend-in məlumatına görə, buna səbəb kimi ölkədə insan haqlarının pozulması göstərilir.

Aİ Şurasının kommünikesində deyilir: "Şura İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına cavab olaraq məhdudlaşdırıcı tədbirləri 2018-ci il aprelin 13-dək uzadır".

Qeyd olunur ki, sanksiyalar 82 nəfərin və bir hüquqi şəxsin aktivlərinin dondurulmasını və Aİ-yə səfərlərinə qadağanı əhatə edir, eləcə də İrana avadanlıqların ixracına icazə vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti