...

Nazir: Diyarbəkirdəki partlayış terror aktı idi

Dünya xəbərləri Materials 12 Aprel 2017 11:22 (UTC +04:00)
Diyarbəkir vilayətinin Bağlar rayonunda ötən gün baş vermiş partlayış terror aktı idi.
Nazir: Diyarbəkirdəki partlayış terror aktı idi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda ötən gün baş vermiş partlayış terror aktı idi.

Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir qeyd edib ki, əldəqayırma partlayıcı qurğu terrorçular tərəfindən qazılmış tunelin köməyi ilə zirehli nəqliyyatın altında quraşdırılıb.

Türkiyədə güclü partlayış: 4 yaralı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Türkiyədə güclü partlayış: 4 yaralı (FOTO/VİDEO) (YENİLƏNİB-2)

İnsidentlə əlaqədar 5 şübhəli saxlanılıb.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti