...

Qazaxıstan latın əlifbasına keçir

Dünya xəbərləri Materials 12 Aprel 2017 21:43 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökumətə ilin sonunadək qazax əlifbasının latın qrafikasına keçidini hazırlamağı tapşırıb.
Qazaxıstan latın əlifbasına keçir

Bakı. Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə ilin sonunadək qazax əlifbasının latın qrafikasına keçidini hazırlamağı tapşırıb.

Trend-in məlumatına görə, 2018-ci ildə yeni qazax əlifbasının vahid standartının hazırlanması planlaşdırılır.

Qazaxıstan prezidenti bildirib ki, əlifbanın latın qrafikasına tam keçidi 2025-ci ilədək başa çatacaq.

Bundan başqa, gələn ildən etibarən latın qrafikasının tədrisi üzrə mütəxəssislərin hazırlanması və orta məktəblər üçün dərsliklərin yazılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti