...

"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi

Dünya xəbərləri Materials 13 Aprel 2017 13:20 (UTC +04:00)
Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.
"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi

Bakı. Trend:

Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.

Trend-in məlumatına görə, 22 yaşlı terrorçu-intiharçı 2015-ci ilin noyabrında Türkiyəyə turist vizası ilə gəlib. Lakin viza ilə bağlı qaydaları pozduğu üçün 2016-cı ilin dekabrında deportasiya edilib.

Onun 120 gün ərzində Türkiyəyə girişinə qadağa qoyulduğu bildirilir.

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburqda metro qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti