...

ABŞ bu dəfə Əfqanıstanı bombaladı

Dünya xəbərləri Materials 13 Aprel 2017 21:20 (UTC +04:00)
ABŞ ilk dəfə ən böyük qeyri-nüvə bombalarını hərbi şəraitdə istifadə edib
ABŞ bu dəfə Əfqanıstanı bombaladı

Bakı. Trend:

ABŞ ilk dəfə ən böyük qeyri-nüvə bombalarını hərbi şəraitdə istifadə edib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hədəf olaraq Əfqanıstandakı İŞİD qruplaşması döyüşçüləri seçilib.

Məlumata görə, zərbələr Açin rayonuna endirilib. Bombalar İŞİD-in istifadə etdiyi tunelləri dağıdıb.

Pentaqondan verilən məlumata görə, bu, ABŞ-ın istifadə etdiyi ən böyük qeyri-nüvə hərbi sursatıdır, bu bombaların çəkisi 9,5 ton təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti