...

Uruqvayda daşqınlar səbəbi ilə 1,7 min insan təxliyə edilib

Dünya xəbərləri Materials 14 Aprel 2017 07:18 (UTC +04:00)
Uruqvayda güclü yağışlar və Kuareym çayının daşması nəticəsində baş verən daşqınlar səbəbi ilə 1,7 min insan təxliyə edilib
Uruqvayda daşqınlar səbəbi ilə 1,7 min insan təxliyə edilib

Bakı. Trend:

Uruqvayda güclü yağışlar və Kuareym çayının daşması nəticəsində baş verən daşqınlar səbəbi ilə 1,7 min insan təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə Cənubi Amerika ölkəsinin Fövqəladə Hallar üzrə Milli Sistemi məlumat yayıb.

Təxliyə edilən insanlar 15 müvəqqəti sığınacaqlara yerləşdirilib. Onlar qida və zəruri şeylərlə təmin olunub.

Qeyd edək ki, hazırda Kuareym çayının səviyyəsi 8,8 metrə düşüb. Hakimiyyət hesab edir ki, yenidən güclü yağışlar başlamasa, təxliyə edilən insanlar 2 gün ərzində evlərinə dönə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti