...

Yaponiya Çinə etiraz notası təqdim edib

Dünya xəbərləri Materials 14 Aprel 2017 11:37 (UTC +04:00)
Yaponiyanın Xarici İşlər Nazirliyi Çinin Tokiodakı səfirinə etiraz notası təqdim edib.
Yaponiya Çinə etiraz notası təqdim edib

Bakı. Trend:

Yaponiyanın Xarici İşlər Nazirliyi Çinin Tokiodakı səfirinə etiraz notası təqdim edib.

Trend-in məlumatına görə, etiraz Çin gəmilərinin iki ölkə arasında mübahisəli ərazi hesab olunan Senkaku adalarına yaxınlaşması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, Çin sahil mühafizə xidmətinə məxsus 4 gəmi adalara yaxınlaşıb. Bu, təkcə 2017-ci ildə 10-cu belə hadisə olub.

Qeyd edək ki, Senkaku adaları 19-cu əsrdən bəri Çin və Yaponiya arasında mübahisəli əraziyə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti