...

Filippinin prezidenti Donald Trampı "praqmatik mütəfəkkir" adlandırıb

Dünya xəbərləri Materials 17 Aprel 2017 06:10 (UTC +04:00)
Filippinin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Donald Trampı "praqmatik mütəfəkkir" hesab edir
Filippinin prezidenti Donald Trampı "praqmatik mütəfəkkir" adlandırıb

Bakı. Trend:

Filippinin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Donald Trampı "praqmatik mütəfəkkir" hesab edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Star Philippin qəzeti xəbər verib.

"Tramp - realist və praqmatik mütəfəkkirdir". Bunu Duterte şənbə günü Qətərin paytaxtı Dohada Filippin diasporunun nümayəndələri qarşısında çıxışı zamanı deyib.

Filippin prezidenti, həmçinin hesab edir ki, Тramp axmaq adam olsaydı o milyonçu olmazdı, o: "Belə görsənməsə də, Тramp müdrik insandır". Dutertenin fikrincə, bununla amerikan lider ona oxşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti