...

Təyyarə supermarketə düşdü: 5 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 Aprel 2017 18:20 (UTC +04:00)
Portuqaliyada təyyarə qəzaya uğrayıb.
Təyyarə supermarketə düşdü: 5 ölü (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:04-də yayılıb)

Bakı. Trend:

Portuqaliyanın paytaxtı Lissabonun yaxınlığında, Kaşkayş şəhərində kiçik təyyarənin havada partlayaraq qalıqlarının supermarketə və yük maşınının üzərinə düşməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Trend-in məlumatına görə, ölənlərdən biri təyyarənin pilotu, 3 sərnişini və yaxınlıqdakı yük maşınının sürücüsü olub. Onlardan 3-nün Fransa, birinin isə İsveçrə vətəndaşı olduğu bildirilir.

X X X

17:04

Portuqaliyada təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarə supermarketin yaxınlığına düşüb.

İlkin ehtimala əsasən hadisə nəticəsində 4 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti