...

Ərdoğan: "Xeyr" deyən vətəndaşlarımızı anlayışla qarşılayıram

Dünya xəbərləri Materials 17 Aprel 2017 20:50 (UTC +04:00)
Referendumdan sonra ilk dəfə Ankaraya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşlara müraciət edib.
Ərdoğan: "Xeyr" deyən vətəndaşlarımızı anlayışla qarşılayıram

Bakı. Trend:

Referendumdan sonra ilk dəfə Ankaraya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşlara müraciət edib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan artıq referendumla bağlı bütün müzakirələrin bitdiyini deyib: "Buradan "hə" də desə, "xeyr" də desə, seçkiyə gedərək səs verən hər kəsə təşəkkür edirəm. "Hə" deyənlərə isə bu dəyişikliyə verdikləri dəstəyə görə, xüsusilə təşəkkür edirəm. Partiyaları "hə" qərarı versə də, referendumun əleyhinə çıxan vətəndaşları da anlayışla qarşılayıram. Demək ki, konstitusiya dəyişikliyinin əhəmiyyətini lazımi qədər çatdıra bilməmişik".

Ərdoğan deyib ki, dəyişikliklərin lehinə 25 milyon 225 min səs verilib və bununla da müzakirələr bitib: "Prezident kimi fəaliyyətimə davam edəcəyəm. Dayanmaq yox, yola davam etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti