...

Keçmiş prezidentin həbsinə dair order verilib

Dünya xəbərləri Materials 18 Aprel 2017 06:26 (UTC +04:00)
Perunun sabiq prezidenti Qerra Bonifasionun və onun xanımı Eliana Karpın həbsinə dair yerli məhkəmə order verib
Keçmiş prezidentin həbsinə dair order verilib

Bakı. Trend:

Perunun sabiq prezidenti Qerra Bonifasionun və onun xanımı Eliana Karpın həbsinə dair yerli məhkəmə order verib.

Trend-in məlumatına görə, onlar çirkli pulların yuyulmasında və rüşvətxorluqda ittiham olunurlar.

Keçmiş prezident barəsində axtarış elan olunub. Xarici KİV-lərin məlumatına görə, sabiq dövlət başçısı ABŞ-da gizlənir.

Qeyd edək ki, Bonifasio yüksək vəzifəni 2001-2006 illərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti