...

Böyük Britaniyada erkən seçkilərin vaxtı müəyyən olunub

Dünya xəbərləri Materials 18 Aprel 2017 14:31 (UTC +04:00)
Böyük Britaniyada erkən parlament seçkiləri iyunun 8-də keçiriləcək
Böyük Britaniyada erkən seçkilərin vaxtı müəyyən olunub

Bakı. Trend:

Böyük Britaniyada erkən parlament seçkiləri iyunun 8-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Tereza Mey açıqlama verib.

Məlumatda qeyd olunur ki, qərar Nazirlər Şurasının iclasından sonra qəbul edilib.

Qeyd edək ki, T.Mey ötən il Böyük Britaninyanın Avropanı tərk etməsi ilə bağlı referendum nəticəsində Devid Kemeronun istefa verməsindən sonra baş nazir təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti