...

Taylandda dini bayramda 400-ə yaxın insan ölüb

Dünya xəbərləri Materials 18 Aprel 2017 20:39 (UTC +04:00)
Taylandda 7 gün davam edən Sonqkran dini bayramı müddətində baş verən yol qəzalarında 390 nəfər ölüb, 3800 nəfər yaralanıb.
Taylandda dini bayramda 400-ə yaxın insan ölüb

Bakı. Trend:

Taylandda 7 gün davam edən Sonqkran dini bayramı müddətində baş verən yol qəzalarında 390 nəfər ölüb, 3800 nəfər yaralanıb.

Trend-in məlumatına görə, buddist ay təqviminə əsasən hazırda ölkədə yeni il qeyd edilir və bu münasibətlə bir həftəlik tətildir.

Bu il hökumətin gördüyü ciddi tədbirlər nəticəsində bayram zamanı avtomobil qəzalarının ötən illə müqayisədə 12 faiz azaldığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti