...

Afinada bankda partlayış baş verib

Dünya xəbərləri Materials 20 Aprel 2017 01:42 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinanın mərkəzində Eurobankın şöbəsində partlayış baş verib
Afinada bankda partlayış baş verib

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinanın mərkəzində Eurobankın şöbəsində partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Afina İnformasiya agentliyi xəbər verir.

Məlumata görə, təxminən saat 22:00 naməlum şəxs zougla.gr saytının xəbərlər redaksiyasına zəng edib və bildirib ki, Santaroza küçəsində Eurobankın ofisində 35 dəqiqə sonra partlayış baş verəcək.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis rayonu bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti