...

Venesuelada etirazlar zamanı hərbçi ölüb

Dünya xəbərləri Materials 20 Aprel 2017 07:29 (UTC +04:00)
Venesuelanın Miranda ştatında hökumət əleyhinə nümayişlər zamanı bir hərbiçi ölüb
Venesuelada etirazlar zamanı hərbçi ölüb

Bakı. Trend:

Venesuelanın Miranda ştatında hökumət əleyhinə nümayişlər zamanı bir hərbiçi ölüb.

Trend-in RİA Novosti-yə istinadın veridiyi məlumata görə, bu haqda Venesuela xalqının müdafiəçisi Tarek Uilyam Saab bildirib.

Hərbçinin vəfatını, həmçinin, ölkənin prezidenti Nikolas Maduronu dəstəkləyən siyasətçi Diosdado Kabello da təstiqləyib.

Beləliklə, Venesuelada 19 apreldə baş verən kütləvi etirazlar nəticəsində, ölənlərin sayı artıq üç nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti