...

Parisdə polislərə atəş açmış terrorçulardan biri zərərsizləşdirilib, digəri axtarılır

Dünya xəbərləri Materials 21 Aprel 2017 09:59 (UTC +04:00)
Parisdə polis əməkdaşlarına atəş açmış terrorçulardan biri zərərsizləşdirilib.
Parisdə polislərə atəş açmış terrorçulardan biri zərərsizləşdirilib, digəri axtarılır

Bakı. Trend:

Bu gecə Fransanın paytaxtı Parisdə polis əməkdaşlarına atəş açmış terrorçulardan biri zərərsizləşdirilib.

Trend-in məlumatına görə, digərinin tutulması üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İŞİD terror qruplaşması terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Fransa Prezidenti Fransua Olland da silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, Şanzelize küçəsində AK markalı avtomat silahdan atəş açılması nəticəsində bir polis ölüb, ikisi yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti