...

Əfqanıstanda hərbi bazaya hücum - 70 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Aprel 2017 05:58 (UTC +04:00)
Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi bazaya hücum edib
Əfqanıstanda hərbi bazaya hücum - 70 ölü (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 22.04.17 saat 21:01-də yayılıb)

Bakı. Trend:

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi bazaya hücum edib.

Trend-in "BBC"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 70 Əfqanıstan ordusunun üzvü həlak olub.

Xəbərdə deyilir ki, atışma gün boyu davam edib. Azı 10 "Taliban" silahlısı məhv edilib.

XXX

21:01

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi bazaya hücum edib.

Trend-in məlumatına görə, hücum nəticəsində 50-ə yaxın insan ölüb. Cavab atəşi ilə bir neçə silahlının da öldürüldüyü bildirilir.

İlkin məlumata əsasən hücumda hədəf məscid olub. Hazırda hərbi bazada döyüş gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti