...

Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

Dünya xəbərləri Materials 22 Aprel 2017 18:19 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşın-Basyan və Zap rayonlarında yerləşən obyektlərinə zərbələr vurub
Türkiyə Hərbi Hava Qüvvələri terrorçularının obyektlərini bombalayıb

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşın-Basyan və Zap rayonlarında yerləşən obyektlərinə zərbələr vurub.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, Türkiyə Baş Qərargahı terrorçuların sığınacaqları və silah anbarlarının məhv edildiyini bildirib.

Qeyd edək ki, Türkiyənin cənub-şərqində antiterror əməliyyatları davam edilir. Bitlis əyalətində iki partlayıcı qurğu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti