...

Ermənistanda rus əsgəri qətlə yetirilib

Dünya xəbərləri Materials 22 Aprel 2017 20:12 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya bazasının əsgəri qətlə yetirilib
Ermənistanda rus əsgəri qətlə yetirilib

Bakı. Trend:

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya bazasının əsgəri qətlə yetirilib.

Trend-in məlumatına görə, bu haqda İTAR-tass xəbər verib.

Saat 17:30 radələrində Gümrü təcili yardım stansiyasına Kursk meydanında Rusiya hərbi formasında həyat əlamətləri olmayan kişinin olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gələn həkimlər kişinin ölümünü qeydə alıblar.

Ermənistan polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, ilkin məlumatlara görə, ölən rusiyalı hərbçidir. Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Rusiyanın Ermənistanda olan hərbi bazasının nümayəndələrindən hələlik şərh almaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti