Bakı. Trend:
Nyu-Yorkda şübhəli avtomobilə görə Fransa konsulluğu yanında evakuasiya aparılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CNews telekanalı xəbər verir.
İnsident nəticəsində konsulluğun binasında keçirilən səsvermə dayandırılıb.
Konsulluq səsvermənin dayandırılmasını təsdiqləyib, lakin səbəbini dəqiqləşdirməyib.
Nümayəndəliyinin Twitterdəki məlumatında deyilir: "Konsulluqda səsvermənin keçirilməsi dayandırılıb".
Şənbə günü Fransa prezident seçkilərinin ilk turunda ABŞ və Kanadada xarici seçki məntəqələri səsvermə üçün açılıb.