...

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 23 Aprel 2017 23:04 (UTC +04:00)
İŞİD terror qruplaşmasının silahlıları İraqda dinc sakinlərə və hərbçiləri daşıyan hərbi nəqliyyata hücum ediblər
İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

Bakı. Trend:

İŞİD terror qruplaşmasının silahlıları İraqda dinc sakinlərə və hərbçiləri daşıyan hərbi nəqliyyata hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 10 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

"İŞİD silahlıları Rutba şəhərində tüfəng və reaktiv qurğulardan istifadə edərək dinc sakinlərə və hərbçiləri daşıyan hərbi nəqliyyata hücum ediblər. Onlar azı 10 nəfəri öldürüblər, 20 nəfəri isə yaralayıblar", - podpolkovnik deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti