...

BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər

Dünya xəbərləri Materials 24 Aprel 2017 22:31 (UTC +04:00)
Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.
BMT: Təqribən 20 milyon nəfər aclıqdan ölə bilər

Bakı. Trend:

Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: "Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır".

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti