...

ABŞ prezidenti Donald Tramp BMT-də islahatlara çağırıb

Dünya xəbərləri Materials 24 Aprel 2017 23:18 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp BMT-də islahatların keçirilməsinə çağırıb
ABŞ prezidenti Donald Tramp BMT-də islahatlara çağırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp BMT-də islahatların keçirilməsinə çağırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp ümumdünya təşkilatının maliyyələşdirilməsi haqqında məsələlərin yenidən baxılmasına ehtiyac olduğunu bildirib.

ABŞ prezidenti BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin daimi nümayəndələri ilə Vaşinqton görüşü zamanı bildirib: "Mən çoxdan hesab edirəm ki, BMT kifayət qədər effektiv deyildir, lakin böyük potensiala malikdir".

Bundan başqa, ABŞ lideri BMT-nin maliyyələşdirilməsi ilə bağlı məsələlərə yenidən baxmağa çağırıb: "Biz həmçinin BMT-nin büdcəsini diqqətlə araşdırmalıyıq. Xərclər nəzarətdən tamamilə çıxıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti