...

Çin ikinci avidaşıyıcını da suya saldı - NƏ BAŞ VERİR?

Dünya xəbərləri Materials 26 Aprel 2017 08:55 (UTC +04:00)
Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni aviadaşıyıcı hərbi gəmisi suya buraxılıb.
Çin ikinci avidaşıyıcını da suya saldı - NƏ BAŞ VERİR?

Bakı. Trend:

Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni aviadaşıyıcı hərbi gəmisi suya buraxılıb. Trend-in məlumatına görə, bu, Çin HDQ-da sayca ikinci avidaşıyıcı gəmidir.

Hərbi gəminin qurulması 001A üzrə aparılıb. Gəmi sınaqdan keçirildikdən sonra 2020-ci ildə silahlanma mərhələsinə qəbul ediləcək.

Hazırda Çin HDQ-da olan tək aviadaşıyıcı hərbi gəmi "Lyaonin" 1990-cı illərin sonlarında Ukraynadan alınıb.

Xəbər lenti

Xəbər lenti