...

ABŞ-da atışma: polis əməkdaşı ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 Aprel 2017 03:02 (UTC +04:00)
ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma nəticəsində yaralanan polis həlak olub
ABŞ-da atışma: polis əməkdaşı ölüb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 01:31-də yayılıb)

Bakı. Trend:

ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma nəticəsində yaralanan polis həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ştatın polis nümayəndəsi Nataniel Makkuin bildirib ki, həlak olan polis əməkdaşı mağazaların birinin yaxınlığında dayanacaqda duran maşına yaxınlaşıb və sərnişinlərdən biri avtomobildən çıxaraq ona atəş açmağa başlayıb. Atəş açan şəxs cinayət yerindən qaçıb, sərnişin isə saxlanılıb.

Atışma nəticəsində yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb, lakin aldığı xəsarətlərdən dünyasını dəyişib. "Bu ştat və polisin ailəsi üçün çox kədərli bir gündür", - Makkuin deyib.

XXX

01:31

ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma baş verib.

Trend-in "RİA Novsoti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 polis əməkdaşı yaralanıb.

Xəbərdə deyilir ki, atışma "Wawa" ticarət mərkəzinin yaxınlığında baş verib. Polis əməkdaşı xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat verilmir. Cinayətkar gizlənə bilib, onun axtarışı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti