...

Venesuela Amerika Dövlətləri Təşkilatını tərk edəcək

Dünya xəbərləri Materials 27 Aprel 2017 07:01 (UTC +04:00)
Venesuela Amerika Dövlətləri Təşkilatının tərkibindən çıxması proseduruna başlayacaq
Venesuela Amerika Dövlətləri Təşkilatını tərk edəcək

Bakı. Trend:

Venesuela Amerika Dövlətləri Təşkilatının tərkibindən çıxması proseduruna başlayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Venesuelanın xarici işlər naziri Delsi Rodrigez deyib.

Onun sözlərinə görə, bu proses 2 il davam edəcək.

Rodriges dünən xəbərdarlıq etmişdir ki, Amerika Dövlətləri Təşkilatı Venesuelanın razılığı olmadan Venesuelada vəziyyət üzrə XİN rəhbərlərinin iclasını keçirərsə, ölkə bu təşkilatı tərk edəcək. Belə bir iclasın təşkili barədə qərar çərşənbə günü qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti