...

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Dünya xəbərləri Materials 27 Aprel 2017 04:54 (UTC +04:00)
Rusiyanın "Khabarovsk Airlines" aviaşirkətinə məxsus təyyarə Xabarovskda qəza enişi edib
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Bakı. Trend:

Rusiyanın "Khabarovsk Airlines" aviaşirkətinə məxsus təyyarə Xabarovskda qəza enişi edib.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, qəza enişinə səbəb pilot kabinəsində şüşənin çatlaması olub.

Xəbərdə deyilir ki, insident zamanı təyyarədə 35 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti