Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Suriya və İraqda Pentaqonun səlahiyyətlərini genişləndirib.
Trend-in "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, Tramp ABŞ müdafiə naziri Ceyms Mettisə İraqda və Suriyada daha çox qoşun yerləşdirməyə icazə verib.
Bu qərar, ABŞ-ın İŞİD terror qruplaşması üzvlərinə qarşı hərbi əməliyyatlarının effektivliyini artırmaq üçün qəbul edilib.