...

Fransada 300-dən çox uşaq zəhərlənib

Dünya xəbərləri Materials 28 Aprel 2017 02:18 (UTC +04:00)
Fransanın Ruan şəhərindən məktəb yeməkxanasında nahardan sonra 300-dən çox uşaq zəhərlənib
Fransada 300-dən çox uşaq zəhərlənib

Bakı. Trend:

Fransanın Ruan şəhərindən məktəb yeməkxanasında nahardan sonra 300-dən çox uşaq zəhərlənib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər verir.

Məlumata görə, şəhərin təxminən 50 tədris mərkəzinin - 41 məktəbin və 6 körpələr evinin - şagirdləri eydi qida kombinatından gətirilən yeməyi yedikdən sonra özlərini pis hiss ediblər.

Zəhərlənənlərin bir hissəsi uşaq xəstəxanalarına yerləşdiriliblər. Zəhərlənənlərin həyatına təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti