...

Myanmada avtobus dərəyə aşıb - 19 ölü

Dünya xəbərləri Materials 29 Aprel 2017 12:05 (UTC +04:00)
Myanmanın şərqində sərnişin dolu avtobus dərəyə düşüb.
Myanmada avtobus dərəyə aşıb - 19 ölü

Bakı. Trend:

Myanmanın şərqində sərnişin dolu avtobus dərəyə düşüb. Trend-in məlumatına görə, qəza nəticəsində 19 nəfər həlak olub, 20 nəfər müxtəlif bədən xəsarətləri alıb.

İnsident zamanı avtobusda 40 sərnişinin olduğu bildirilir.

Qəzanın səbəbləri məlum deyil, ilkin ehtimal olaraq əyləclərin nasazlığı göstərilir.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti