...

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

Dünya xəbərləri Materials 29 Aprel 2017 23:23 (UTC +04:00)
Pakistanın Peşəvar şəhərində İŞİD terror qruplaşmasının silahlıları Taliban radikal hərəkatının rəhbərlərindən birini öldürüblər
İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

Bakı. Trend:

Pakistanın Peşəvar şəhərində İŞİD terror qruplaşmasının silahlıları Taliban radikal hərəkatının rəhbərlərindən birini öldürüblər.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, öldürülən Taliban rəhbəri Maulvi Daud olub. Terrorçuların toqquşması nəticəsində Maulvi Dauddan başqa daha 2 nəfər ölüb.

Xəbərdə deyilir ki, Talibanın nümayəndəsi Zabihulla Mücahid Maulvi Daudun ölümünü təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti