...

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

Dünya xəbərləri Materials 30 Aprel 2017 00:20 (UTC +04:00)
Türkiyədə internet-ensiklopediya olan "Wikipedia"ya giriş bağlanıb
Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

Bakı. Trend:

Türkiyədə internet-ensiklopediya olan "Wikipedia"ya giriş bağlanıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə nazirliyindən bildiriblər ki, "Wikipedia" rəhbərliyinə yalan və əsassız məlumatların yerləşdirilməsindən və əsassız olaraq Anakaranın terror təşkilatları ilə hansısa əlaqələrinin olması barədə məlumatlardan imtina etməyin vacibliyi ilə bağlı xəbərdarlıq edilmişdi. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, resurs kontenti silməkdən imtina edib.

Bununla əlaqədar, "terrorizmə qarşı mübarizəyə töhfə vermək əvəzinə beynəlxalq arenada Türkiyənin imicinin pislənməsi üzrə kampaniyanın bir hissəsi olan" internet-ensiklopediya "Wikipedia"ya girişin bağlanması qərarı qəbul edilib.

Nazirlikdə qeyd ediblər ki, tələblərinin yerinə yetirilməsi halda, sayta giriş bərpa oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti