...

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

Dünya xəbərləri Materials 30 Aprel 2017 02:27 (UTC +04:00)
İraqın Mosul şəhərində partlayış nəticəsində 14 polis əməkdaşı həlak olub, 20-si isə yaralanıb
Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

Bakı. Trend:

İraqın Mosul şəhərində partlayış nəticəsində 14 polis əməkdaşı həlak olub, 20-si isə yaralanıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraqın federal polisinin leytinantı Haris Kazım bildirib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının 6 üzvü polis bölməsinin yaxınlığında özlərini partladıblar.

Silahlılar polis idarəsinin iki binasını ələ keçiriblər. Daha sonra ələ keçirilən binalar hava zərbəsi ilə məhv edilib və binada olan 17 terrorçu ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti