...

İstanbulda 1 May nümayişləri: 207 nəfər saxlanılıb (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 1 May 2017 16:53 (UTC +04:00)
İstanbul polisi bu gün Taksim meydanında icazəsiz 1 May nümayişi keçirmək istəyən 200-dən çox şəxsi saxlayıb.
İstanbulda 1 May nümayişləri: 207 nəfər saxlanılıb (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:48-də yayılıb)

Bakı. Trend:

İstanbul polisi bu gün Taksim meydanında icazəsiz 1 May nümayişi keçirmək istəyən 200-dən çox şəxsi saxlayıb.

Trend-in məlumatına görə, İstanbul valiliyindən ümumilikdə 207 nəfərin saxlanıldığını bildiriblər.

Polis nümayişçilərdən 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 taraqqa və bir neçə plakat götürüb.

X X X

11:44

İstanbulun Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına yürüş etmək istəyiblər.

Trend-in məlumatına görə, polisin xəbərdarlığına məhəl qoymayan nümayiş iştirakçılarından 20 nəfər saxlanılıb.

X X X

10:48

1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb.

Trend-in məlumatına görə, səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb.

Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti