Bakı. Trend:
Belçikada solçu Əmək partiyasının mətbuat katibi Raul Hedebau 1 May tədbirlərində naməlum şəxsin hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, R.Hedebau ayağından bıçaq yarası alıb.
Hücuma məruz qalmasına baxmayaraq siyasətçi planlaşdırılmış çıxışına davam edib. Daha sonra isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb.