...

Əfqanıstanda İŞİD silahlıları "Taliban"ın düşərgəsinə hücum ediblər: 31 ölü

Dünya xəbərləri Materials 2 May 2017 03:12 (UTC +04:00)
Əfqanıstanın Çaparxar rayonunda İŞİD terror qruplaşmasının üzvləri "Taliban" radikal hərəkatının üzvlərinin düşərgəsinə hücum ediblər
Əfqanıstanda İŞİD silahlıları "Taliban"ın düşərgəsinə hücum ediblər: 31 ölü

Bakı. Trend:

Əfqanıstanın Çaparxar rayonunda İŞİD terror qruplaşmasının üzvləri "Taliban" radikal hərəkatının üzvlərinin düşərgəsinə hücum ediblər.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 21 "Taliban" üzvü, 7 İŞİD üzvü və 3 dinc sakin həlak olub, 5 nəfər isə yaralanıb.

Qeyd edək ki, 4 gün əvvəl İŞİD terror qruplaşması və "Taliban" radikal hərəkatının üzvləri arasında baş verən toqquşmalar nəticəsində, 76 "Taliban" üzvü və 15 İŞİD üzvü ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti