...

Karakasda etiraz aksiyasında 37 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 2 May 2017 07:10 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı 37 nəfər xəsarət alıb
Karakasda etiraz aksiyasında 37 nəfər xəsarət alıb

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı 37 nəfər xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Çakao bələdiyyəsinin rəhbəri Ramon Muçaço jurnalistlərə deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü güllə yarası alıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

"Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının hesablamalarına görə, etiraz aksiyaları zamanı 1,6 min insan saxlanılıb, 30 nəfər isə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti