...

Rəcəb Tayyib Ərdoğan hakim partiyanın üzvü seçildi

Dünya xəbərləri Materials 2 May 2017 15:12 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü seçilib.
Rəcəb Tayyib Ərdoğan hakim partiyanın üzvü seçildi

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü seçilib.

Trend-in məlumatına görə, partiyanın bu gün keçirilən növbədənkənar iclasında AKP-nin hazırkı sədri, Baş nazir Binəli Yıldırım R.T.Ərdoğanın hakim partiyanın sədrliyinə namizədliyini irəli sürüb.

Xatırladaq ki, 2001-ci ildə yaradılmış AKP-nin təsisçisi və sabiq sədri olan R.T.Ərdoğan 2014-cü ildə prezident seçilməsi ilə əlaqədar partiya sıralarının tərk etməyə məcbur olmuşdu.

Qurultayda yeni sədrin seçilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti