...

Çexiyada böhran: Baş nazir istefa verdi

Dünya xəbərləri Materials 2 May 2017 17:25 (UTC +04:00)
B.Sobotka Çexiya Prezidenti Miloş Zemana bu həftə hökümətin istefasını təqdim edəcəyini bildirib.
Çexiyada böhran: Baş nazir istefa verdi

Bakı. Trend:

Çexiyanın Baş naziri Bohuslav Sobotka maliyyə naziri Andrey Babişin vaxtilə vergi ödəməkdən yayındığını gizlətməkdə şübhəli bilinməsi ilə əlaqədar vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, B.Sobotka Çexiya Prezidenti Miloş Zemana bu həftə hökümətin istefasını təqdim edəcəyini bildirib.

Bəzi KİV-lər bunun ölkədə parlament seçkilərinə 6 ay qalmış hökumət daxilində böhranın olduğunu göstərdiyini yazır.

Qeyd edək ki, A.Babiş ölkənin ən zəngin ikinci iş adamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti