...

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər

Dünya xəbərləri Materials 2 May 2017 21:30 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Türkiyə prezidenti sabah Soçiyə gələcək, çox əhəmiyyətli danışıqlar aparılacaq.

Görüşdə Suriya problemi, ikitərəfli, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti