...

“Boko Haram”ın lideri yaralanıb

Dünya xəbərləri Materials 3 May 2017 17:17 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində həyata keçirilən hava zərbələri nəticəsində “Boko Haram” təşkilatının lideri Əbubəkir Şekau yaralanıb
“Boko Haram”ın lideri yaralanıb

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində həyata keçirilən hava zərbələri nəticəsində “Boko Haram” təşkilatının lideri Əbubəkir Şekau yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin təhlükəsizlik xidməti xəbər yayıb. Məlumata görə, Şekaunun müavini və bir neçə silahlı da aviazərbələrin qurbanı olub.

Nigeriya ordusu isə bu xəbərlə bağlı hələ məlumat yaymayıb.

Qeyd edək ki, daha əvvəl Ə.Şekau barəsində dəfələrlə ölüm xəbəri yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti