Bakı. Trend:
Venesuelada etiraz aksiyalarının ilk günündən (aprelin 4-ü) bu günə qədər 35 nəfər həlak olub, 717 nəfər xəsarət alıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, paytaxt Karakasda -18 nəfər, Karabobo ştatında - 6 nəfər, Larada - 5 nəfər, Merida ştatında - 2 nəfər, Miranda ştatında - 2 nəfər, Barinas ştatında - 1 nəfər, Taçira ştatında - 1 nəfər həlak olub.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.