...

İraqda partlayış: 5 ölü

Dünya xəbərləri Materials 5 May 2017 22:05 (UTC +04:00)
İraqda terror aktı nəticəsində azı beş nəfər həlak olub altı nəfər xəsarət alıb.
İraqda partlayış: 5 ölü

Bakı. Trend:

İraqda terror aktı nəticəsində azı beş nəfər həlak olub altı nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda "Əs-Sumariyə" telekanalı xəbər verir.

Məlumata görə, İraqın qərbində Ənbər əyalətinin inzibati mərkəzi olan Ramadi yaxınlığında yerləşən Hədis şəhərinin bazarında intiharçı-terrorçu minalanmış avtomobili partladıd.

Hadisə yeri güc strukturlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti