...

Vyetnamda ağır yol qəzası: 12 ölü, 33 yaralı

Dünya xəbərləri Materials 7 May 2017 12:12 (UTC +04:00)
Vyetnamın mərkəzi hissəsində sərnişin avtobusu ilə yük maşını toqquşub
Vyetnamda ağır yol qəzası: 12 ölü, 33 yaralı

Bakı. Trend:

Vyetnamın mərkəzi hissəsində sərnişin avtobusu ilə yük maşını toqquşub.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 12 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

İnsident bazar günü səhər saatlarında Zəlay əyalətində baş verib. Avtobusun sürücüsü həlak olub, yük maşınının sürücüsü isə yaralanıb.

Qeyd edək ki, Vyetnamda yol qəzaları tez tez baş verir. Ötən il yol qəzaları nəticəsində Vyetnamda 9 minə yaxın insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti