...

Əfqanıstanda "İŞİD" lideri ləğv edilib

Dünya xəbərləri Materials 7 May 2017 22:36 (UTC +04:00)
Əfqanıstan prezidenti Əşrəf Qəni "İslam dövləti" terror qruplaşmasının bu ölkədə başçısı olan Əbdül Xasibin ləğv edildiyibi bildirib.
Əfqanıstanda "İŞİD" lideri ləğv edilib

Bakı. Trend:

Əfqanıstan prezidenti Əşrəf Qəni "İslam dövləti" terror qruplaşmasının bu ölkədə başçısı olan Əbdül Xasibin ləğv edildiyibi bildirib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkə prezidentinin saytında dərc olunan məlumatda deyilir.

Məlumatda deyilir: "Əfqanıstan hakimiyyəti ölkənin şərqində yerləşən Nanqarxar əyalətində fəaliyyət göstərən İŞİD dəstəsinin başçısı Əbdül Xasibin öldürüldüyünü təsdiqləyir".

Qeyd edək ki, Hasib Əfqanıstanda silsilə hücumlar həyata keçirmək, o cümlədən, mart ayında Kabildə hərbi hospitala hücum, barədə göstəriş verməkdə şübhəli bilinirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti