...

Çində bıçaqlı hücum - yaralılar var

Dünya xəbərləri Materials 10 May 2017 17:09 (UTC +04:00)
Çinin Çançun şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib
Çində bıçaqlı hücum - yaralılar var

Bakı. Trend:

Çinin Çançun şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Xəsarətlərin ağır olmadığı bildirilir.

Xəsarət alanlar arasında honkonqlu turist də olub.

Polis hücum edən şəxsi saxlayıb.

İlkin məlumata görə, 50 yaşlı şəxs psixi xəstəlikdən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti