Bakı. Trend:
Almaniyada Avstriyanın "Niki" aviaşirklətinə məxsus "Boeing 737" təyyarəsinin sərnişinləri şübhəli söhbət səbəbindən uçuşa bir neçə dəqiqə qalməş evakusiya edilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarəd Köln hava limanından Malyorkaya uçuş etməli idi.
"İki sərnişin təyyarənin havaya qalxmasına bir qədər qalmış təyyarəni tərk etdilər və salonda eşitdikləri söhbətə görə, aviaşirkətin əməkdaşlarına narahatlıq bildiriblər", - polis əməkdaşı deyib.
Nəticədə təyyarədə olan bütün 167 sərnişin evakuasiya edilib və gözləmə zalında yerləşdirilib. Onların baqajı yenidən yoxlanılmaya göndərilib. Sərnişinlərin və baqajların arasında şübhəli bir şey olmadığı üzə çıxdıqdan sonra təyyarə böyük gecikmə ilə Malyorkaya yola düşüb.