...

Yunanıstanda qatar qəzası: 4 ölü

Dünya xəbərləri Materials 14 May 2017 03:37 (UTC +04:00)
"Afina-Saloniki" qatarının qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, beş nəfər yaralanıb
Yunanıstanda qatar qəzası: 4 ölü

Bakı. Trend:

"Afina-Saloniki" qatarının qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, beş nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Yunanıstanın TRAINOSE dəmir yolu şirkəti xəbər verib.

Məlumatda deyilir ki, yerli vaxtla saat 21.45-da "Afina - Saloniki" reysini yerinə yetirən sərnişin qatarı, Adendros stansiyasının yaxınlığında indiyədək naməlum olan səbəblərdən relsdən çıxıb. Dörd sərnişin həlak olub, beş nəfər xəsarət alıb. Qatarın maşinisti ciddi yaralanıb.

Qeyd olunur ki, hadisə yerində yanğınsöndürənlər və təcili yardım işləyir, iki dövlət xəstəxanasını yaralıların qəbuluna hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, daha öncə, içində təxminən 100 sərnişin olan qatarın qəzaya uğraması nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti