Bakı. Trend:
ABŞ-da kiçik biznes sərnişin təyyarəsi Nyu-Cersi ştatında Titerboro şəhərinin hava limanının yaxınlığında yaşayış rayonunda qəzaya uğrayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.
Qəza nəticəsində bir neçə bina və maşın yanıb.
Məlumata görə, təyyarə uçuş-enmə zolağından 400 metr aralıda düşüb.