...

Volqoqradda binada partlayış: 3 ölü, 8 yaralı (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 16 May 2017 17:21 (UTC +04:00)
Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub.
Volqoqradda binada partlayış: 3 ölü, 8 yaralı (YENİLƏNİB) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:59-də yayılıb)

Bakı. Trend:

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına, daha 8 nəfər xəsarət alıb.

Araşdırmalar nəticəsində məlum olub ki, partlayış su ötürücüsündə təmir aparılan zamanı qaz borusunun zədələnməsi səbəbindən baş verib.

Yaşayış binasından 40-a yaxın sakin təxliyə edilib.

X X X

14:59

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub.

Trend-in məlumatına görə, qaz sızması nəticəsində çoxmərtəbəli binanın üçüncü blokunda partlayış baş verib.

İlkin ehtimala əsasən, iki nəfər xəsarət alıb.

Hadisə vaxtı girişdə 14 nəfərin olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti